Qala gəncləri ilə görüş keçirilib
18 sentyabr 2025 | 15:22
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə bu il ali məktəbə qəbul imtahanlarında uğur qazanaraq tələbə adını qazanmış Qala qəsəbəsinin gəncləri ilə görüş keçirilib. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun Əntiq Əşyalar Muzeyində baş tutan tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Milli Məclisin deputatı Gülşən Paşayeva, İdarə Heyətinin sədri Rüfət Mahmud və dəvət olunmuş qonaqlar iştirak edərək məzunları təbrik etmiş, onların gələcək təhsil və fəaliyyət yolunda uğurlar arzulayıblar.
Görüşün sonunda məzunlara Acces Bank tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.






