Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib
06 fevral 2026 | 10:55
Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbriklərini çatdırıb. Daha sonra məruzəçilərin elmi məruzələri dinlənilib.
Sonda ADA Universitetinin rektoru, professor Hafiz Paşayev yüksək səviyyədə təşkil olunmuş konfransın gənclərin intellektual potensialının artırılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Merilend Universitetinin (ABŞ) fəxri professoru, akademik Roald Saqdeyevin məruzə ilə çıxış etməsi konfransa olan marağı və müzakirə olunan məsələlərin qlobal əhəmiyyətini göstərir.
Konfransa ABŞ, Türkiyə, Almaniya, İtaliya, Qazaxıstan, Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan 45 tədqiqatçı qatılıb. Ümumilikdə 428 nəfər iştirak edib.






