Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbəsində şəhidlərin əziz xatirəsi yad edilmişdir

21 oktyabr 2023 | 11:10

   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin sədri, şəhid ailələrinin üzvləri Mərdəkan qəsəbə məzarlığında uyuyan şəhidlərin məzarlarını ziyarət ediblər.
  Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərilərinə gül dəstələri düzülüb, əziz xatirələri yad edilərək ruhlarına dualar oxunub.
  Daha sonra şəhid Yusifov Ağaəli Vaqif oğlunun ailəsi ziyarət olunaraq ailənin qayğıları ilə maraqlanılıb və şəhidin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

Keçidlər