Mərdəkan qəsəbəsində şəhidlərin əziz xatirəsi yad edilib
Oktyabrın 5-də Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Mərdəkan Şəhidlər parkında şəhidlərin əziz xatirəsinə ucaldılmış memorial kompleksində tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.
Öncə kompleksin önünə gül dəstələri qoyularaq, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və YAP rayon təşkilatının sədri şəhidlərin keçdiyi şanlı zəfər yolundan danışaraq, bu şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Respublikakısının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın döyünən ürəyi sayılan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib.
Şəhid Ceyhun Nəhmətovun atası Etiqad Nəhmətov şəhid ailə üzvləri və qazilər adından onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda Şəhidlər parkinda Zəfər Günü münasibəti ilə ağaclar əkilib.