Mərdəkan qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə görüşlərin keçirilməsi davam etdirilir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 09 oktyabr 2026-cı il tarixində Mərdəkan qəsəbəsi, Mərdəkan Mədəniyyət sarayında sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda RİH başçısının müavinləri və Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, həmçinin rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.






