Mərdəkan qəsəbəsində kanalizasiya xəttində təmir-bərpa işləri həyata keçirilmişdir
24 aprel 2026 | 15:53
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları tərəfindən Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsindəki kanalizasiya xəttində təxirəsalınmaz təmir-bərpa işləri həyata keçirilmişdir.
Tədbirlər çərçivəsində kanalizasiya xəttinin 150 metrlik hissəsi müasir standartlara cavab verən yeni borularla əvəzlənmiş və torpaq-kipləşdirmə işləri yekunlaşdırılmışdır.
Növbəti mərhələdə ərazidə asfalt-beton örtüyünün bərpası işləri həyata keçiriləcəkdir. Görülən kompleks tədbirlər nəticəsində həm kanalizasiya sisteminin normal fəaliyyəti təmin ediləcək, həm də ərazinin yol-nəqliyyat infrastrukturu tam bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılacaqdır.






