Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan Mədəniyyət Sarayında Xalq artisti Rasim Balayevlə görüş keşirilmişdir

05 oktyabr 2022 | 09:26

  4 sentyabr 2022-ci il tarixində  Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ilə görüş keçirilmişdir.

  Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycanın xalq rəssamı Əşrəf Heybətov, RİH-in məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon sakinləri, gənclər və ziyalılar iştirak etmişdirlər.

  Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə Rasim Balayevin rol aldığı filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

  Görüşdə çıxış edən Rasim Balayev kino sənətinə gəlişindən, çəkiliş zamanı baş verən maraqlı əhvalatlardan, aktyorluq sənətinin incəliklərindən bəhs etmişdir.

  Daha sonra o, iştirakçıları maraqlandıran suallara cavab verib, səmimi söhbət etmişdir.

  Xəzər RİH başçısı Elşən Salahov çıxışında Rasim Balayevin yaratdığı obrazların gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinə təsirindən danışaraq bu obrazların əldə etdiyimiz Böyük Zəfərdə müstəsna rol oynadığını vurğulamışdır.

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək Rasim Balayevin Azərbaycan incəsənətinə verdiyi töhvədən söz açmış, ona işlərində uğurlaq arzulamışdır.

Görüşün sonunda sevimli aktyorla xatirə şəkilləri çəkilmişdir.

Keçidlər