“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblının “Hər birimiz bir çiçək” adlı konsert proqramı keçirilib
03 iyun 2025 | 16:58
Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri , Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şüvəlan bələdiyyəsinin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.
1 iyun – Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş konsertdə “Səma” rəqs ansamblı Azərbaycan və dünya xalqlarının rəqslərini təqdim edib.