Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak olan hərbi qulluqçu Elgün Həsənovun nəşi Binə qəsəbəsinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub

14 sentyabr 2023 | 15:12

  13 sentyabr 2023- cü il tarixində Kəlbəcərdə çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olmuş Həsənov Elgün Elşad oğlunun nəşi Binə qəsəbəsinə gətirilərək Silahlı qüvvələrin hərbi orkestrinin müşayəti və əsgərlərin yaylım atəşi altında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
  Dəfn mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, Müdafiə Nazirliyinin hərbçiləri, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
  Mərasimdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov şəhid olmuş hərbi qulluqçunun ailəsinə baş sağlığı verərək torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu, onların daim xatirələrdə yaşayacağını vurğulayıb. Dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı şəhidin atası Elşad Hüseynova təqdim edilib.
  Qeyd edək ki, 2004-cü il təvəllüdlü Həsənov Elgün Lənkəran rayonunun, Liman şəhərində anadan olub.
  Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Keçidlər