Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının üzvləri ilə görüş keçirilib

18 aprel 2023 | 10:35

   17 aprel 2023-cü il tarixində Xəzər Qadın Resurs Mərkəzində İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının üzvləri "Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətləndirilməsi” layihəsi içərçivəsində görülən işlərlə tanış olublar.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova,    İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının prezidenti Feliks Gutzviller, İsveçrə səfirliyinin Missiya rəhbəri Aleksander Hoffet, UNDP-nin Azərbaycanda Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Səbinə Talışinskaya və digər qonaqlar içtirak etmişdir.
   Qonaqları salamlayan Lalə Əhmədova Xəzər rayonunda Qadın Resurs Mərkəzinin fəaliyyət göstərməsinin rayon qadınlarının iqtisadi səlahiyyətlərinin artırılmasına verə biləcəyi töhvədən bəs edərək layihənin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
  Missiyanın rəhbəri Feliks Gutzviller İsveçrə Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq haqqında layihələrin icra səviyyəsini yüksək qiymətləndirərək Azərbaycan xanımlarının bu layihədən daha çox faydalana biləcəklərini bildirmişdir.
  Çıxış edən digər qonaqlar bu layihənin eyni zamanda bir neçə dayanıqlı inkişaf məqsədinə çatmağa dəstəyini, Azərbaycan qadınlarının iqtisadi səlahiyyətləndirilməsi fəaliyyətlərində rolunu vurğulayıblar.
  Sonda qonaqlar layihənin benefisiarı Binə qəsəbə sakini Sevinc Cahangirlinin keramika emalatxanasına səfər edərək onun qurduğu biznes ilə tanış olublar.

Keçidlər