Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkan qəsəbəsində növbəti iftar süfrəsi təşkil olunub
8 aprel tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkan qəsəbəsində növbəti iftar süfrəsi təşkil olunub.
İftar Mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini, şöbə müdirləri, Milli Məclisin Deputatı Soltan Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz aşılıb, eyni zamanda respublikamızda dövlət-din münasibətlərinin daima multikultural dəyərlərə əsaslandığını qeyd edilib.
Həmçinin, bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhlarına dualar oxunub.