Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri övladlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib

12 iyun 2023 | 09:18

  Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri övladlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.
  Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min qəhrəman şəhidlərimizin övladları ilə görüşüblər. Eləcə də Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyinin hədiyyəsi olan noutbuklar uşaqlara təqdim edilib

Keçidlər