Şriftin ölçüsü :

Saytın rəngi :

Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində Xəzər rayonunda növbəti tədbir keçirilmişdir.

01 dekabr 2023 | 11:24

“Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması layihəsi” adlı tədbir 01 dekabr 2023-cü il tarixində Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzində baş tutmuşdur. Xəzər Rayon İcra Hakimiyyəti, Şüvəlan ailələrə dəstək mərkəzinin və Xəzər rayon Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Peşə Təhsil Mərkəzinin tələbələri iştirak etmişdirlər. Maarifləndirici xarakter daşıyan görüşün keçirilməsində məqsəd gəncləri gender əsaslı zoraklıqla bağlı məlumatlandırmaq, onlara ailə dəyərlərinin qorunması, qadın və qızlara qarşı zorakılığın yolverilməzliyinin aşılanmasıdır. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı sahəsində görülən işlər barədə məlumat verdi. Daha sonra çıxış edən natiqlər zorakılıq növləri və onlara qarşı cəza tədbirləri, zorakılığın psixoloji təsirləri barədə ətraflı çıxış etdilər. Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı, Peşə Təhsil Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi, xatirə şəkli çəkildi.

 

 

Keçidlər