Şriftin ölçüsü :

Saytın rəngi :

FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətinin təşkili mövzusunda tədbir keçirilmişdir

31 mart 2023 | 11:00

  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 29 mart 2023-cü il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib
  Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Bakı şəhərinin rayonlarının İcra Hakimiyyətlərinin birinci müavinləri - fövqəladə hallar komissiyasının sədrləri, hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, “Təmiz şəhər” ASC-nin, “Azərişıq” ASC“Azəriqaz” İB-nin, “Azərsu” ASC-nin və digər aidiyyəti qurumların nümayındələri iştirak ediblər.
  Tədbiridə Bakı şəhəri rayonlarının Fövqəladə hallar üzrə komissiya sədrlərinin ötən il ərzində ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili istiqamətində görülmüş işlər, mövcud vəziyyət, problemlər və onların aradan qaldırılması üzrə arayış məruzələri dinlənilib.

Keçidlər