Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir

16 oktyabr 2026 | 16:37

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə görüşlərin keçirilməsi davam etdirilir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 16 oktyabr 2026-cı il tarixində Buzovna qəsəbəsi, Bakı Dövlət Peşə Təhsil Mərkəzində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.

Səyyar qəbulda RİH başçısının müavinləri və Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, həmçinin rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbir zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər