Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

24 may 2023 | 14:39

  24 may 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
  322 saylı orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyəti aparatının şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Buzovna bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
  Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
   Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
  Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər