Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Abbasov Aslan Vəliyəddin oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

10 oktyabr 2023 | 09:43

Şəhid Abbasov Aslan Vəliyəddin oğlu 25 dekabr 1995-ci ildə Xəzər rayonunda anadan olub.
Aslan Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət edib və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olub.
Azərbaycan Ordusunun əsgəri olan Aslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 3 oktyabr tarixindən iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər