Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Yusifov Ağaəli Vaqif oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

20 oktyabr 2023 | 09:29

  8 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.

Keçidlər