Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Təhməzov Rəşad Qərib oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

29 sentyabr 2023 | 17:30

  2002-ci ilin yanvarın 12-də Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi.
   Sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.
   Şəhidimiz Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn olunub.

Keçidlər