Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Tahirov Firdovsi Balaxan oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

27 sentyabr 2023 | 09:40

Şəhid Tahirov Firdovsi Balaxan oğlu 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb.
  2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. 
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Firdovsi Tahirov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Şəhidimiz Lerik rayonunun Dico kəndində dəfn olunub.

Keçidlər