Bu gün Vətən müharibəsinin iştirakçısı Süleymanov Azər Haqverdi oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub.
2016-cı ildə baş vermiş aprel döyüşlərində iştirak edərək igidlik göstərdiyi üçün orden ilə təltif olunub. O, Tovuz döyüşlərində də öz qorxmazlığı və şücaəti ilə seçilməyi bacarıb.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Süleymanov oktyabrın 10-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" , “Vətən uğrunda”, "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Ramana qəsəbəsində dəfn olunub.