Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Şükürov Samir Təyyub oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

11 noyabr 2023 | 09:38

Şəhid Şükürov Samir Təyyub oğlu  7 noyabr 1974-cü ildə Lerik rayonunda anadan olub. 1992-ci ildə tam orta məktəbi, 1994-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinin nəzdində 3 aylıq zabitlər kursunu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 20 sentyabr 1994-cü il tarixli əmri ilə "kiçik leytenant" hərbi rütbəsi verilib.
   20 sentyabr 1994-cü ildən 22 avqust 1999-cu ilədək Azərbaycan Ordusunda motoatıcı taborun motoatıcı taqım komandiri vəzifəsində xidmət edib, "Baş leytenant" hərbi rütbəsinədək yüksəlib.
   Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq qismən səfərbərlik üzrə yenidən hərbi xidmətə çağırılıb və motoatıcı bölük komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edib, igidlik və mərdlik nümunələri göstərib.
   2020-ci il noyabrın 9-da Xocavənd rayon istiqamətində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra), " İgidliyə görə" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                                                                                                Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər