Bu gün Vətən müharibəsinin iştirakçısı Şirvani Həsənağa Bəhruz oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Şirvani Həsənağa Bəhruz oğlu 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.
Həsənağa təhsilini başa vurduqdan sonra Xəzər rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şirvani Həsənağa ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.