Bu gün Vətən müharibəsinin iştirakçısı Şiriyev Rəşad Rasim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Şiriyev Rəşad Rasim oğlu 5 dekabr 2001-ci ildə Lerik rayonunun Bürsülüm kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.