Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Səlimov Cəmil Oqtay oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

29 sentyabr 2023 | 17:23

  15 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi, 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb məktəbini bitirib.
  Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
  Motoatıcı taborun qərargah bölüyünün tibb məntəqəsinin feldşeri, motoatıcı taborun tibb məntəqəsinin feldşeri, hərbi hissənin tibb məntəqəsinin feldşeri vəzifələrində xidmət edib.
  Vətən müharibəsində döyüş əməliyyatları zamanı yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyə edilməsində xüsusilə fərqlənib.
  2020-ci il sentyabrın 29-da Goranboy istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.
  Sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əmaliyyatlarına yüksək peşakarlıqla rəhbərlik etdyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı"(ölümündən sonra) ordeni və "Vətən uğrunda"(ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib. Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. 

Keçidlər