Bu gün Vətən müharibəsinin iştirakçısı Salamov Vüsal Yəhya oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
21 sentyabr 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alıb.
Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.