Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Qədirov Emin Asif oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

21 oktyabr 2023 | 11:05

  Şəhid Qədirov Emin Asif oğlu 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib.
   2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Qədirov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Zirə qəsəbəsində dəfn olunub.

Keçidlər