Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Novruzov Şəhnin Şahlar oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

19 oktyabr 2023 | 11:03

  3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb.
  2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb.
   20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhnin Novruzov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Astara rayonunun Səncərədi kəndində dəfn olunub.

Keçidlər