Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Nehmətov Ceyhun Etiqad oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.

08 noyabr 2023 | 12:51
8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. 2001 - 2012-ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub. 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlayıb. 2018-ci ildə Qazax Sərhəd Dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etdirib. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirib.
2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlayıb. Kəlbəcər, Füzuli Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayaraq döyüşə davam edib. Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv edib. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" Ordeni ilə "Vətən Uğrunda" Medalı ilə "Zəngilanın alınmasına görə" medalları ilə təltif olunub.
Şəhidimiz II Şəhidlər Şəhidlər Xiyabanda dəfn olunub.
Keçidlər