Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Məmmədov Səxavət Adıgözəl oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

19 noyabr 2023 | 09:31

  24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil alıb.
   1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır.
   2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib.  Aprel döyüşlərində iştirak edərək şücaət göstərib.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.
   27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Şəhidimiz 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər