Bu gün Vətən müharibəsinin iştirakçısı Mansurov Elçin Elşən oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Mansurov Elçin Elşən oğlu 25 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə tam orta məktəbi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2008-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyun 2007-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi-kəşfiyyat taqımının komandiri, kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölüyünün komandiri, motoatıcı bölük komandiri, hərbi hissənin qərargah bölüyünün komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
"Mayor" hərbi rütbəsinədək yüksəlib.
Vətən müharibəsində fəal iştirak edib, döyüş əməliyyatlarnın hazırlanmasında və uğurla başa çatmasında müstəsna xidmətləri olub, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
Fizuli və Cəbrayıl rayonları uğrunda döyüşlərdə fəal iştirak edib.
2020-ci il oktyabrın 11-də Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilarin azad olunmasi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsi həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda"(Ölümündən sonra), "Füzulinin azad olunmasına görə"(ölümündən sonra), "Xocavəndin azad olunmasına görə"(ölümündən sonra), "İgidliyə görə"(ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.