Bu gün Vətən müharibəsinin iştirakçısı Kərimov Mustafa Mais oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Kərimov Mustafa Mais oğlu 27 noyabr 1995-ci ildə Şəkidə anadan olub.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-ı Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.