Bu gün Vətən müharibəsinin iştirakçısı Kazımov Əmir İlham oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Kazımov Əmir İlham oğlu 1998-ci il yanvarın 29-u Bakı şəhərini Şağan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini ilk öncə Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbdə almış daha sonra isə 230 nömrəli məktəbdə davam etdirmişdir. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış Ağdam rayonunun N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il sentyabrın 28-i 2-ci Vətən müharibəsinə çağırılmış və 29-u yola düşmüşdür. 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kazımov Əmir ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.