Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Hüseynov Sənan Vidadi oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.

08 noyabr 2023 | 12:47
1996-cı il aprel ayının 1-də Füzuli rayonu Qacar kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun çavuşu olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.Sənan Hüseynov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.
Keçidlər