Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Heybətov Ağaəmi Elçin oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

24 oktyabr 2023 | 09:15

  6 iyun 1993-cü ildə Buzovna qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb. Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  "Turizm və otelçilik" fakültəsində təhsil alıb.
  Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.
  Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ağaəmi Heybətov oktyabrın 16-da Goranboy rayonu istiqamətində şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəmi Heybətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

Keçidlər