Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Həsənov Səfər Elmar oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

21 noyabr 2023 | 09:29

   18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.
   Atasının işi ilə əlaqədar Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar. Buzovna qəsəbəsində yerləşən 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb, 9-cu sinifdən sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib.  Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib.
   2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy, daha sonra isə Tərtər rayonunun yerləşən “N” saylı hərbi keçib. Xidməti dövründə o, xüsusi snayper təlimləri alıb və sərrast nişançı kimi fərqlənib.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səfər Həsənov ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

Keçidlər