Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Eyniyev Tərlan Gölişad oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

06 oktyabr 2023 | 00:00

  Şəhid Eyniyev Tərlan Gölişad oğlu 5 yanvar 1993-cü idə Yardımlı rayonunun Zevin kəndində anadan olub.
2010-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini əsgər kimi başa vurduqdan sonra isə könüllü olaraq Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində çavuş rütbəsində hərbi xidmətə davam edib. Tərlan Eyniyev dəfələrlə uğurlu xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən təşəkkürnamə alıb.
  27 sentyabr tarixində başlanan Vətən muharibəsində iştirak edən çavuş Eyniyev Tərlan oktyabrın 6-da Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan    Respublikasının Prezidenti Sərəncamı ilə ona "Vətən uğrunda" (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.

Keçidlər