Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əliyev Orxan Ədalət oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

16 oktyabr 2023 | 09:55

   1991-ci il dekabrın 19-da Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub.
  Azərbaycan Ordusunun əsgəri olan Orxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Əliyev oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Ailəlidir 2 övladı var.
   Şəhidimiz Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.

Keçidlər