Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əliyev Murad Hüseyn oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

07 noyabr 2023 | 09:02

    13 mart 2001-ci ildə Bakı şəhərində anadan olub
   Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Müharibənin bir çox hərbi əməliyyatlarında və döyüşlərində vuruşmuşdur. Murad Əliyev Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərin gedişatında 7 noyabr 2020-ci ildə şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər