Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əliyev İbrahim Nəcəfqulu oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

29 oktyabr 2023 | 12:15

   23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda N saylı hərbi hissədə ön xətdə xidmət keçib.
   Erkən yaşlarında hər iki valideynini itirən İbrahim II Qarabağ müharibəsinə könüllü olaraq sentyabrın 29-dan qoşulub. Silah yoldaşlarıyla birgə Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-ü - ad günündən bir gün sonra Zəngilan uğrunda döyüşlərdə şəhadətə ucalıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

Keçidlər