Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əliyev Asiman Vaqif oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

07 noyabr 2023 | 09:01

   1 fevral 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində anadan olub. 2004-cü ildə Heydər Əliyev adına hərbi liseyi, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları  fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə asasən "leytenant" hərbi rütbəsi verilib.
   Motoatıcı taqım komandiri, mexanikləsdirilmiş taqımın komandiri, mexanikləşdirilmiş bölüyün komandiri, mexanikləşdirilmiş taborun qərargah bölüyünün komandiri, hərbi hissənin qərargah bölüyünün komandiri, hərbi hissənin qərargah rəisi-təlim mərkəzi rəisinin müavini, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, Silahli Qüvvələrin Təlim va Tədris Mərkəzinin "Snayper hazırlığı kursu" rəisinin müavini - baş təlimatçı, "Ehtiyat zabit hazırlığı kursu"nun bölük komandiri, xidmət və təminat bölüyünün (daimi yerləşmə məntəqəsinin) komandiri, Cəmşid Naxçıvanski hərbi liseyin tədris kurslarının kurs rəisi vəzifələrində xidmət edib. "Mayor" hərbi rütbəsinədək yüksəlib.
   Vətən müharibəsində mexanikləşdirilmiş taborun (BTR-82A) komandiri kimi xidmətini davam etdirərək döyüşlərdə fəal istirak edib.
   2020-ci il noyabrın 7-də Xocavənd rayonu istiqamatində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)","Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qusursuz xidmətə görə" 2-ci dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda"(ölümündən sonra), "Xocavəndin azad olunmasına görə"(ölümündən sonra) medalı ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                     Şəhidimiz II Şəhidlər Xiyabanda dəfn olunub.

Keçidlər