Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əliməmmədov Elçin Mehman oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

07 oktyabr 2023 | 11:20

   Şəhid Əliməmmədov Elçin Mehman oğlu 18 avqust 1997-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində anadan olub.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
   07 oktyabr 2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Zirə qəsəbəsində dəfn olunub.

Keçidlər