Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Əhmədov Natiq Namiq oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

12 oktyabr 2023 | 09:43

  1997-ci il, mart ayının 9-da Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Üç bacının tək qardaşı kimi böyümək məsuliyyətini artırmaqla yanaşı onu gücləndirmişdi. Bacılarının hər çətinliyinə özünü yetirən, buna lap uşaqlıqdan vərdiş edən Natiq dar günündə vətənini də tək qoya bilmir.
   Sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacısına xəbər verir, atasına isə heç nə demir ki, narahat olmasın. Lakin Natiqin atası Namiq təcili yardımda işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Əsgərlərin arasında oğlunu təsadüfən görür. Namiq həmin günü belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Oradan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan. “Sübhdən mənə zəng elədi ki, ata, hücuma gedirik Hadruta. Orada ola bilər ki, əlaqə saxlaya bilməyək. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən. Füzulidə döyüşürdü. Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi, dedi ki, ata, hücuma gedirik Hadruta. Oradan ola bilər ki, əlaqə saxlaya bilməyim. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.
   27 sentyabr tarixində başlanan Vətən muharibəsində iştirak edən çavuş Natiq Əhmədov oktyabrın 11-də Hadrut döyüşləri zamanı qəhrəmancasına vuruşaraq şəhid olub. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının öldüyü günə təsadüf edib. O, oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilib. Məzarı Binə Şəhidlər Xiyabanındadır.
   Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər