Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Cabbarov Şahgündüz Habil oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

26 oktyabr 2023 | 10:44

  13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər