Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Bayramov Ramin Hüseynağa oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

31 oktyabr 2023 | 09:20

   8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
   Müdafiə nazirinin müvafiq əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilib.
   25 dekabr 2004-cü ildən 26 iyun 2006-cı ilədək motoatıcı taqım komandiri vəzifəsində xidmət edib. “Baş leytenant” hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
   Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq yenidən hərbi xidmətə çağırılıb və motoatıcı taborun motoatıcı bölüyünün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.
   Cəbrayıl və Qubadlı rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə komandanlığın əmr və göstərişlərini layiqincə yerinə yetirib.
   2020-ci ilin noyabrın 9-da Qubadlı rayonu istiqamətində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                                                                                                                                                                                        Şəhidimiz Cəlilabad rayonunun Alar kəndində dəfn olunub.

Keçidlər