Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Allahverdiyev Allahverdi Əli oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

27 sentyabr 2023 | 09:20

Şəhid Allahverdiyev Allahverdi Əli oğlu 2001-ci il iyulun 9-da Bakı şəhərində anadan olub.
   2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

Keçidlər