Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün vətən müharibəsi iştirakçısı Abbasov Möhlət Eldəniz oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.

09 noyabr 2023 | 10:14

  2001-ci il martın 19-da Daşkəsən rayonunda anadan olub. 2007-ci ildə Gəncə şəhərində yerləşən 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlamış, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2019-cu ildə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın Daşaltı istiqamətində gedən döyüşlərdə savaşıb. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Möhlət Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",     "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
  Şəhidimiz Daşkəsən rayonunda dəfn olunub.

Keçidlər