Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram ərəfəsində Xəzər rayonunda silsilə tədbirlər davam edir

30 dekabr 2025 | 15:35

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır, mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır və mövcud problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir. Belə ki, "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır. Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş    Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, əlamətdar günlərdə yad olunmalarını razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Keçidlər