Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və 156 saylı tam orta məktəbin birgə təşkilatçılığı “Zəfər günü” münasibətilə məktəbin məzunları olmuş Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib
Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və 156 saylı tam orta məktəbin birgə
təşkilatçılığı ilə 7 noyabr 2023-cü il tarixdə “Zəfər günü” münasibətilə, həmin məktəbin məzunları olmuş
Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin canlı oxunması və ərazi bütövlüyümüz uğrunda
canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra məktəbin direktoru Gülər İsmayılova və BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz
Vəliyev tərəfindən tədbir iştirakçıları cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrliyi altında,
rəşadətli ordumuzun bizə bəxş etdiyi “Zəfər günü” münasibətilə təbrik edildi və müharibə iştirakçıları bir-bir təqdim olundu. Daha sonra qazi və döyüşçülər öz döyüş yolları barədə söhbət açdılar, şagirdlərin suallarına cavab verdilər.
Sonda xatirə şəklləri çəkildi.