Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Həsənov Elgün Elşad oğlunun və Zülfüzadə Coşqun Ədail oğlunun anım mərasimi keçirilib

13 sentyabr 2025 | 15:01

        Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Həsənov Elgün Elşad oğlunun və Zülfüzadə Coşqun Ədail oğlunun anım mərasimi keçirilib. 
       Anım mərasimlərində Xəzər Rayon İcra Hakimiyti Başçısı Elşən Salahov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov RİH başçısının müavinləri, şöbə müdirləri, şəhidlərin doğmaları və yaxınları iştirak edibər.
      Tədbirlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edərək, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
 

Keçidlər